"Şaxtyor"la hazırlıq matçında zədələnən "Beşiktaş"ın futbolçusu Manuel Fernandesin iki həftə formasından uzaq qalacağı açıqlanmışdı. Futbolinfo.az xəbər verir ki, müalicəsini davam etdirən portuqaliyalı yarımmüdafiəçi barədə gələn son məlumat məşqçilər korpusunu sevindirib.
Fernandes sürətlə sağalır və "Fənərbaxça" ilə keçiriləcək derbi matçında forma geyinə biləcək. Bunu nəzərə alan baş məşqçi Slaven Biliçin də "Kayserispor"la görüşdə Fernandesi meydana buraxaraq riskə girməyəci iddia edilir.





