"Real"ın (Madrid) sabiq hücumçusu Raul Qonzales komandanın hazırkı forvardı Kriştianu Ronaldo haqda xoş sözlər deyib. Futbolinfo.az xəbər verir ki, canlı əfsanə portuqal qolçunu dünyanın ən yaxşı futbolçusu adlandırıb:
 
"Real"ın bütün oyunlarını və komandada baş verənləri yaxından izləyirəm. Yalnız bir futbolçunu fərqləndirirəm ki, bu da Ronaldodu. O, həm klubunda, həm də Portuqaliya yığmasında özünü sübut edib. Düşünürəm ki, Ronaldo həqiqətən dünyanın ən yaxşı futbolçusudu".
Shares: