"Qəbələ"nin baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasının 14-cü turunda qarşılaşacaqları AZAL-la oyun öncəsi fikirlərini açıqlayıb. Futbolinfo.az saytına müsahibəsində o, bunları bildirib:
"Millidən qayıdan futbolçularla birgə məşq etmək üçün vaxt az olub. Hamı oyuna hazırdı. Sadəcə, Ürfan Abbasov tam hazır deyil. Öz rejimimizlə bazada məşqlərimizi edirik. Fikrimcə, maraqlı oyun keçəcək".





