Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Rəvan"ı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, hər iki komandada bu oyun öncədi ciddi itkilər var.
 
"Qarabağ"da zədəli Admir Teli və sarı vərəqə limitini keçən Riçard Almeydanın oynamayacağı dəqiqləşsə də, komandanın kapitanı Rəşad Sadıqovun bu oyunda iştirakı sual altındadı. Sadıqov artıq fərdi məşqlərə başlayıb. Təcrübəli müdafiəçinin bazar günü baş tutacaq matçdan əvvəl aparılacaq son müayinədən sonra oynayıb-oynamayacağı dəqiq bilinəcək.
 
"Rəvan"da isə Tofiq Mikayılov, Elvin Həsənəliyev, Kristian Torres və Mişel Balokoq zədəlidi. Baş məşqçi Şahin Diniyev "Qarabağ"la oyunda bu futbolçuların xidmətindən yararlana bilməyəcək.
 
Maraq üçün bildirək ki, "Qarabağ" indiyə qədər "Rəvan"la 5 dəfə üz-üzə gəlib. 2 görüşdə sevinən tərəf "Qarabağ" olsa da, qalan 3 görüşdə komandalar 1 xala razılaşıblar.
 
"Qarabağ" – "Rəvan" görüşü noyabrın 24-də keçiriləcək və saat 17:00-da start götürəcək.
Shares: