2014-cü ilin yanvarında təşkil olunacaq futbol üzrə yeniyetmələr arasında Qranatkinin xatirəsinə həsr edilmiş sayca 26-cı beynəlxalq turnirin püşkatma mərasimi keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığması (U-19) C qrupunda yer alıb.
Millimiz Yaponiya, Çexiya və Yunanıstanla mübarizə aparmalı olacaq.
Bütün qrupların tərkibi aşağıdakı kimidi:
А qrupu: Belarus, İran, Slovakiya, Finlandiya;
B qrupu: Sloveniya, Estoniya, Rusiya, Moldova;
C qrupu: Azərbaycan, Yaponiya, Çexiya, Yunanıstan;
D qrupu: Ukrayna, Türkiyə, Sankt-Peterburq, Latviya.
Oyunlar “Peterburqski” idman-konsert kompleksində keçiriləcək.





