"Barselona"nın zədəli forvardı Lionel Messinin meydana qayıdacağı vaxt dəqiqləşib. Futbolinfo.az xəbər verir ki, argentinalı səhhəti ilə bağlı özü açıqlama verib.
 
O, üzərində təzyiq hiss etmədiyini və yeni ilin ilk matçında formasına qovuşa biləcəyini deyib: "Yeni ilin ilk matçında meydana çıxma ehtimalım var. Hər şey müalicənin gedişatından asılıdır. Fiziki cəhətdən güclənmək istəyirəm. Formama qovuşduqdan sonra istəmirəm bir daha zədələnim. Açığı, qayıtmaq üçün üzərimdə təzyiq hiss etmirəm".
 
Qeyd edək ki, “Betis"lə matçda zədələnən Messinin 2 ay formasından uzaq qalacağı açıqlanmışdı.
Shares: