"Beşiktaş"ın portuqaliya hücumçusu Uqo Almeyda Madrid "Atletiko”suna transfer olunacağı barədə yayılan iddialara cavab verib. Futbolinfo.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi İspaniyada oynamaq istədiyini istisna etməyib:
"İspaniyada futbol oynamaq istəyərəm. Evimə də yaxındı. Ancaq hələ ki, rəsmi təklif almamışam".
Qeyd edək ki, Almeydanın "Beşiktaş"la müqaviləsi mövsümün sonunda başa çatacaq.





