Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən "Bakı" – "Xəzər Lənkəran" matçında cənub klubunun azarkeşləri bir müddət öncə verdikləri vədə əməl etməkdədilər. Futbolinfo.az xəbər verir ki, fanatlar bundan sonrakı oyunlarda rəhbərliyi, xüsusilə Tuyqun Nadirovu istefaya səsləyəcəklərini bildirmişdilər.
"Bakı" ilə qarşılaşmanın elə ilk dəqiqələrindən etibarən cənublu azarkeşlər Nadirova ismarıc ünvanlayıblar. Belə ki, onlar "sən bizi, Tuyqun, nə günə qoydun" şüarını səsləndiriblər.





