"Mançester Yunayted" klubunun rəhbərliyi kapitan Nemanya Vidiçə yeni müqavilə təklif edib. Futbolinfo.az xəbər verir ki, “qırmızı şeytanlar” serbiyalı futbolçunu uzun müddət komandada saxlamağı planlaşdırır.
 
Lakin 32 yaşlı futbolçu ilə imzalanacaq yeni müqavilənin müddəti açıqlanmayıb. Vidiçin hazırki müqaviləsinin vaxtı gələn ilin iyununda başa çatacaq.
 
Qeyd edək ki, Vidiç 2006-cı ildə Moskva "Spartak"ından "Mançester Yunayted"ə transfer olunmuşdu.
Shares: