"Milan"ın növbəti transfer hədəfi bəlli olub. Futbolinfo.az xəbər verir ki, "rossenyerlər" "Latsio"nun qapıçısı Federiko Markettini hədəf alıb.
"Milan" 30 yaşlı qolkiperi qış “transfer pəncərəsi”ndə heyətinə qatmaq istəyir.
Markettinin "Latsio" ilə hazırki sözləşməsi 2016-cı ildə başa çatır. Onun meneceri Beppe Botso isə bəyan edib ki, Markettini "Latsio"da hər şey qane etsə də, yeganə problem mükafat qazana bilməməsidi.
Əlavə edək ki, cari mövsümdə Marketti A seriyasında 12 matçda meydana çıxıb.





