Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən "İnter" – "Neftçi" matçını bəzi mütəxəssislər də canlı izləyirlər. Futbolinfo.az xəbər verir ki, bunlardan biri təcrübəli mütəxəssis, hazırda işsiz olan Ağasəlim Mircavadovdu.
"Bakı"nın baş məşqçisi Milinko Pantiç də "Şəfa" stadionuna təşrif buyuranlar sırasındadı. Serbiyalı mütəxəssisin paytaxt derbisini canlı izləməsi təsadüfi deyil. Məsələ burasındadı ki, növbəti turda "Bakı"nı məhz "İnter"lə duel gözləyir.





