İngiltərənin üçüncü divizionunda keçirilən "Suindon" – "Leyton Orient" oyununda xoşagəlməz hal yaşanıb. Futbolinfo.az xəbər verir ki, "Kaunti Qrand" stadionunda keçirilən qarşılaşmada meydana daxil olan yerli azarkeş qonaqların qapıçısı Ceymi Consa bir neçə yumruq zərbəsi endirib.
İnsident nəticəsində ikinci hissədə oyun bir neçə dəqiqəlik dayanıb.
Yerli mühafizə orqanlarının verdiyi məlumata görə, 26 yaşlı fanat saxlanılıb və hazırda olayla bağlı araşdırma aparırlır. Azarkeşin yumruqlarına tuş gələn qapıçı isə xoşagəlməz olaya baxmayaraq, oyunu davam etdirərək komandasının 3:1 hesablı qələbəsində pay sahibi olub.





