Çempionlar Liqasında Madrid “Real”ıyla çətin səfər matçından öncə “Qalatasaray” düşərgəsində şad xəbər yayılıb. Türkiyə Superliqasında "Sivasspor"la matçda zədələnən "Cim-Bom”un əsas qol silahlarından olan Burak Yılmazın son durumu bəlli olub.
Futbolinfo.az xəbər verir ki,tibbi müayinədən keçən türkiyəli hücumçunun zədəsinin ciddi olmadığı aşkarlanıb.
"Sarı-qırmızılar”ın baş məşqçisi Roberto Mançininin istəyəcəyi təqdirdə Burakın ÇL-də "Real"la matçda forma geyə biləcəyi açıqlanıb.





