Mövsümün sonunda "Mançester Yunayted"lə müqaviləsi başa çatacaq olan Patris Evra iki Liqa-1 nəhəngi PSJ və "Monako"nun maraq dairəsinə düşüb. Futbolinfo.az xəbər verir ki, 32 yaşlı müdafiəçinin sabiq klubu "Monako"ya keçidə müsbət baxdığı və həftəlik 150 min funt təklif aldığı iddia edilir.
Xatırladaq ki, Fransa vətəndaşı olan Evra 2006-cı ildə "Monako"dan "Mançester Yunayted"ə transfer olunub.





