Madrid “Real”ının hücumçusu Kriştianu Ronaldo İspaniya La Liqasının 14-cü turunda “Almeriya” ilə matçda zədələndiyindən Çempionlar Liqasında “Qalatasaray”la oyunu buraxa bilərdi. Futbolinfo.az xəbər verir ki, artıq futbolçunun vəziyyəi tam dəqiqləşib. Müayinədən sonra məlum olub ki, portuqal qolçunun bu qarşılaşmada forma geyməsi onun üçün risklidi.
 
Odu ki, Ronaldo “Qalatasaray”la oyunu tribunadan izləməli olacaq.
 
Ronaldonun bu gün tibbi müayinədən keçəcəyi gözlənilir. Bundan sonra onun konkret nə vaxt yaşıl meydana dönəcəyi müəyyənləşəcək.
 
İspaniyanın “AS” qəzetinin yazdığına görə, “Real”ın hücumçusu üç həftə futbol oynamaya bilər.
Shares: