Futbol üzrə İspaniya çempionatının ikinci divizionunda növbəti turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası – "Real Mursiya" 15-ci tur çərçivəsində səfərdə “Alkokron”la qarşılaşıb.
Oyun qolsuz heç-heçə ilə başa çatıb. Baxmayaraq ki, meydan sahibləri görüşün gedişində 3 qırmızı vərəqə alıblar.
Eddi bu oyuna start heyətdə çıxıb. O, 90 dəqiqə meydanda olub.
“Mursiya” 15 turdan sonra 22 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.





