"Borussiya"nın (Dortmund) baş məşqçisi Yurgen Klopp komandasında aqressiv oyunçular görmək istəyir. Futbolinfo.az xəbər verir ki, belələrindən biri də PSJ-nin isveçli ulduzu Zlatan İbrahimoviçdi.
İtaliya mətbuatına danışan alman mütəxəssis 31 yaşlı forvardla çalışmaq istədiyini deyib. Lakin transfer büdcələrinin buna imkan vermədiyini bildirib.
Qeyd edək ki, İbrahimoviç 2012-ci ildən PSJ forması geyinir.





