"Simurq"un yarımmüdafiəçisi Stepan Polyakın futbolinfo.az saytına müsahibəsi
– “Sumqayıt”la oyunda qələbə qazandınız. Son oyununuzu necə şərh edə bilərsiz?
– Biz rəqibə nisbətən daha yaxşı oynadıq. Oyunun əvvəlindən üstünlüyümüz var idi. Bir neçə qol şansımız oldu. Onların hamısından istifadə edə bilməsək də, ilk hissədə hesabı açdıq. İkinci hissədə isə səhvlərimiz oldu. İkinci hissəni “Sumqayıt”ın aktivinə yazmaq olar. Onlar daha çox hücum edirdilər. Təhlükəli vəziyyətlər yaradırdılar. Əsas odu ki, sonda qələbə qazanan biz olduq.
– Gözəl qol vurdunuz…
– Düzdü, gözəl qol alındı. Bu qolda təcrübəm öz sözünü dedi. Amma qolu kimin vurmasının əhəmiyyəti yoxdu Yenə də deyirəm ki, əsas olan bizim 3 xal qazanmağımız idi.
– Bu qələbə sizə nə qədər kömək edəcək?
– Əlbəttə ki, qələbə bizə lazım idi. 7 tur idi ki, biz qalib gələ bilmirdik. Bu qələbə hava-su kimi vacib idi. Sevinirəm ki, qələbəni əldə edə bildik. Bundan sonra qarşıda çətin oyunlarımız var. Motivasiya olunmaq üçün bu qalibiyyət yaxşı idi.
– “Simurq”un bu mövsüm üçün hədəfləri nədən ibarətdi?
– Bu mövsüm biz daha yaxşı çıxış edirik. Ötən mövsüm çempionatın sürpriz komandası hesab olunurduq. Bu mövsüm isə sadəcə, qarşımızdakı hər matçda qalib gəlməyi fikirləşirik. Məqsəd avrokuboklardan əlavə daha yaxşı nəticə qazanmaq və mükafatçılar sırasında qərarlaşmaqdı. Bu hədəfə doğru pillə-pillə irəliləyirik.

– Artıq ev oyunlarınızı Zaqatalada keçirəcəksiz. Bu, hədəflərinizə çatmaq yolunda sizə yardımçı ola bilər?
– Doğma stadiona qayıtmağımız bizim üçün böyük üstünlükdü. Bu günə qədər ev oyunlarımızla səfər oyunlarımız arasında bir fərq yox idi. Hər dəfə bir stadionda oynayırdıq. Zaqatalaya qayıtmaq bizə əlavə stimul verəcək. Çünki orada oyunlarımıza çoxlu azarkeş gələcək. Doğma şəhərdə biz ikiqat qüvvə ilə oynayacağıq.

– Növbəti tur “Qarabağ”la qarşılaşacaqsız. İlk dövrədə onlardan xal almışdız. Budəfəki oyundan nə gözləyirsiz?
– “Qarabağ” çempionatın lideridi, əla komandadı. Heyətində yüksək səviyyəli futbolçular var. Bu mövsüm Zaqatalada ilk oyunumuz olduğu üçün “Qarabağ”ı mütləq məğlub etməliyik. Meydana 3 xal üçün çıxacağıq.
ELSEVƏR