Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, E, F, G və H qruplarında 8 oyun baş tutacaq.
 
E qrupunda "Çelsi" "Bazel"in, "Şalke" "Styaua"nın qonağı olacaq. "Çelsi" bir xal qazanacağı halda 1/8 finala vəsiqəni təmin edəcəkdi. Lakin İngiltərə klubu səfərdə minimal hesablı məğlubiyyətlə üzləşib. Buna baxmayaraq, "Şalke"nin də xal itirməsi Joze Mourinyonun yetirmələri məğlubiyyətə rəğmən, mərhələ adlamasına şərait yaradıb.
 
F qrupunda "Arsenal" Marsel "Olimpik"ini, Dortmund "Borussiya"sı "Napoli"ni qəbul edib. "Arsenal" və "Napoli" qələbə qazanacağı halda hər iki komanda 1/8 finala vəsiqə əldə edəcəkdi. Lakin London klubu bunu bacardığı halda, İtaliya təmsilçisi səfərdə məğlubiyyətlə üzləşib. Bu üzdən sözügedən qrupda növbəti mərhələyə vəsiqənin taleyinə son oyunlarda aydınlıq gələcək.
 
G qrupunda "Atletiko" "Zenit"in, "Austriya" "Portu"nun qonağı olub. "Atletiko" ötən tur həm 1/8 finala vəsiqəni, həm də birinci yeri təmin etmişdi. Bu üzdən də sözügedən komanda əsas heyətlə yollanmadığı Sankt-Peterburq səfərindən heç-heçə ilə qayıdıb. Elə qrupun digər oyununda da oxşar nəticə qeydə alınıb. Nəticədə, 2-ci vəsiqə uğrunda mübarizə son tura qalıb.
 
H qrupunda "Barselona" "Ayaks"la, "Milan" "Seltik"lə səfərdə qarşılaşıb. İtaliya klubu qələbə qazandığı halda, İspaniya nəhəngi məğlubiyyətlə üzləşib.
 
Çempionlar Liqası
5-ci tur
26 noyabr
 
E qrupu
 
Bazel (İsveçrə) – Çelsi (İngiltərə) – 1:0
Qol: Salah, 87.
 
Styaua (Rumıniya) – Şalke (Almaniya) – 0:0
 
1 Çelsi 5 3 0 2 11 3 +8 9
2 Bazel 5 2 2 1 5 4 +1 8
3 Şalke 5 2 1 2 4 6 –2 7
4 Styaua 5 0 3 2 2 9 –7 3
 
F qrupu
 
Borussiya (Dortmund, Almaniya) – Napoli (İtaliya) – 3:1
Qollar: Reus, 10-pen, Blaşikovski, 60, Aubameyanq, 78 – İnsinye, 71.
 
Arsenal (İngiltərə) – Olimpik (Marsel, Fransa) – 2:0
Qollar: Uilşir, 1; 65.
 
1 Arsenal 5 4 0 1 8 3 +5 12
2 Borussiya D 5 3 0 2 9 5 +4 9
3 Napoli 5 3 0 2 8 9 –1 9
4 Olimpik M 5 0 0 5 4 12 –8 0
 
G qrupu
 
Zenit (Rusiya) – Atletiko (İspaniya) – 1:1
Qollar: Alderveyreld, 74-öz qapısına – Adrian, 53.
 
Portu (Portuqaliya) – Austriya (Avstriya) – 1:1
Qollar: Martines, 48 – Kinast, 11.
 
1 Atletiko M 5 4 1 0 13 3 +10 13
2 Zenit 5 1 3 1 4 5 –1 6
3 Portu 5 1 2 2 4 5 –1 5
4 Austriya 5 0 2 3 1 9 –8 2
 
H qrupu
 
Ayaks (Hollandiya) – Barselona (İspaniya) – 2:1
Qollar: Serero, 19, Hoesen, 41 – Xavi, 49-pen.
 
Seltik (Şotlandiya) – Milan (İtaliya) – 0:3
Qollar: Kaka, 13, Zapata, 49, Balotelli, 60.
 
1 Barselona 5 3 1 1 10 4 +6 10
2 Milan 5 2 2 1 8 5 +3 8
3 Ayaks 5 2 1 2 5 8 –3 7
4 Seltik 5 1 0 4 2 8 –6 3
Shares: