“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Mustafa Dənizlinin bu posta təyinatı rəsmiləşmək üzrədi. Futbolinfo.az xəbər verir ki, onun bu gün cənub klubu ilə müqavilə imzalaması gözlənilir.
 
Böyük ehtimalla türkiyəli mütəxəssis "Xəzər Lənkəran"la anlaşmanı bu gün İstanbulda imzalayacaq. Belə olacağı halda, onun Lənkərana sabah gəlməsi gözlənilir.
 
Lakin o da istisna olunmur ki, Dənizli elə bu gün Azərbaycana gəlsin və tərəflər arasında 1,5 illik məhz Lənkəranda imzalansın.
 
Dənizlinin sabahdan etibarən komandanı Lənkəranda Topaz Premyer Liqasının 15-ci turunda AZAL-a qarşı keçiriləcək oyuna hazırlayacaq. Oyun noyabrın 30-da keçiriləcək.
Shares: