Futbol üzrə Əlcəzair yığmasının baş məşqçisi Vahid Xəlilhociç bildirib ki, məşqçi karyerasını Ukraynada davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, o, hətta Azərbaycandan da təklif aldığını bəyan edib:
“Mən Ukrayna, Rusiya, Türkiyə və Azərbaycandan təkliflər almışdım. Düşünürəm ki, son təklif heyrətamiz idi. Ancaq maliyyə tərəfi mənim üçün bir o qədər də vacib deyil. Hazırda idman tərəfi mənim üçün daha vacibdi. Mən titullar qazanmaq istəyirəm”.





