AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Topaz Premyer Liqasının 14-cü turunda "İnter" – "Neftçi" (1:3) qarşılaşması zamanı Kaxaber Sxadadzenin texniki zonanı tərk etməsinə baxmayaraq cəzasız qalmasına münasibət bildirib. Futbolinfo.az saytına açıqlamasında Məmmədov gürcü mütəxəssisə heç bir cəzanın tətbiq olunmamasını belə əsaslandırıb:
"Mən həmin oyunda Sxadadzenin bir dəfə texniki zonanı tərk etdiyini gördüm. O da komandasının qolundan sonra qol sevincini yaşayarkən oldu. Əgər baş məşqçi hər hansı bir narazılığını, etirazını bildirsəydi, o zaman cəza verilərdi".
Shares: