Topaz Premyer Liqasının 14-cü turunda "İnter" "Neftçi"ni (3:1) qəbul etdi. Futbolinfo.az xəbər verir ki, oyundan sonra paltardəyişmə otağının yeləşdiyi dəhlizdə iki tərəf arasında yaranan insident son çempionun məğlubiyyətini kölgədə qoydu.
Qonaq komanda "bankirlər"in mühafizə xidmətinin insidentdə iştirak etdiyini bildirsə də, ev sahibləri bunu inkar edir. AFFA-nı Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov saytımıza açıqlamasında baş verənlərə bu cür münasibət bildirib:
"Bu barədə heç nə deyə bilmərəm. Çünki həmin oyunda olmamışam, baş verənləri görməmişəm. İki tərəf də öz maraqları üçün çıxış edir. Kim, özünə necə sərf edirsə, o cür də açıqlamalar verir. AFFA nümayəndəsi oyunda iştirak edib və hadisələri görüb. Ona görə bu haqda mən heç bir fikir bildirə bilmərəm".





