Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turu başa çatdı. Futbolinfo.az xəbər verir ki, 8 komanda pley-offa vəsiqəni təmin edib. Bəzi qruplarda isə həlledici məqam son tura təsadüf edəcək. 1/8 finala vəsiqə alanların 4-ü İngiltərə, 2-i İspaniya, 1-i Fransa, 1-i isə Almaniya təmsilçiləridi. Son turun nəticəsindən asılı olmayaraq isə 6 komandanın qrupu sonuncu kimi tamamlayacağı dəqiqləşib. Onlar Avropa Liqasına çıxma şanslarını da itirməklə avrokuboklarla vidalaşıblar.
1/8 finala vəsiqəni təmin edənlər: “Mançester Yunayted” (İngiltərə), “Real” (Madrid, İspaniya), PSJ (Fransa), “Bavariya” (Almaniya), “Mançester Siti” (İngiltərə), “Çelsi” (İngiltərə), “Arsenal” (İngiltərə), “Atletiko” (İspaniya).
Avrokuboklarla vidalaşanlar: Anderlext (Belçika), “Viktoriya” (Çexiya), “Styaua” (Rumıniya), “Olimpik” (Marsel, Fransa), “Seltik” (Şotlandiya), “Avstriya” (Avstriya).





