Ukrayna millisi DÇ-2018-in seçmə mərhələsindəki ilk matçını azarkeşsiz oynayacaq. Futbolinfo.az xəbər verir ki, FİFA-nın saytından yayılan məlumata görə, buna millinin azarkeşlərinin DÇ-2014-ün seçmə mərhələsində San Marino ilə oynanılan matçda irqçi şüarlar səsləndirməsi səbəb olub.
Bundan başqa, Ukrayna FİFA-ya 45 min İsveçrə frankı ödəməli olacaq.





