Bu mövsüm uğursuz çıxışı ilə azarkeşlərini məyus edən "Qalatasaray" qış transfer pəncərəsində heyətini gücləndirmək üçün ilk addımını atıb. Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "sarı-qırmızılar” müdafiə xəttindəki problemləri aradan qaldırmaq üçün “Bursasor”dan Serdar Azizi rənglərinə bağlayıb.
İstanbul təmsilçisi bu keçid üçün Anadolu klubuna 6 milyon lirə ödəyəcək. Qış transfer pəncərəsində 23 yaşlı müdafiəçinin transferinin rəsmiləşəcəyi gözlənilir.





