İspaniya nəhəngləri – "Barselona" və "Real" növbəti transfer hədəflərini müəyyənləşdirib. Futbolinfo.az xəbər verir ki, bu dəfə onlar gələcəyə sərmayə qoyma yarışında rəqabətə girib.
Hər iki klub 8 yaşlı argentinalı futbolçunu heyətinə qatmaq istəyir. Söhbət Klaudio Qabriel Nansufil adlı istedaddan gedir. Onun xidmətində İspaniya nəhəngləri ilə yanaşı, İngiltərə və Fransa klubları da maraqlıdı. Vətənində "yeni Messi" adlanan 8 yaşlı futbolçu gələn ilin yanvarında İspaniyaya səfər edəcək. Əvvəlcə "Real"ın akademiyasını ziyarət edəcək Nansufil daha sonra "Barselona"nın məktəbində olacaq.





