Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində baş tutan "Bakı" – "İnter" oyununda qonaq komandanın hücumçusu Baçana Sxadadzenin rəqib futbolçu Ettoyla toqquşma zamanı yerə yıxılıb, hüşünü itirdiyini xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, ilkin diaqnoza görə, onun beyni silkələnib.
Lakin eyni zamanda onun çənəsinin sındığı da iddia olunur.
Futbolçunu təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıblar. Klubdan verilən məlumata məlumata görə, hələ futbolçunun zədəsinin nə dərəcədə ciddi olub-olmadığı məlum deyil.





