"Qalatasaray"ın futbolçusu Burak Yılmaz firıldağın qurbanı olub. Futbolinfo.az xəbər verir ki, özünü Trabzon valisi kimi təqdim edən fırıldaqçı futbolçuya zəng edərək, kimsəsizlərə yardım etmək üçün fonda pul köçürülməsinin lazım olduğunu deyib.
Burak ona verilən bank hesabına 10 min lirə pul köçürüb. Daha sonra pulun hesaba keçib-keçmədiyini öyrənmək üçün Trabzon şəhər bələdiyyəsinə zəng edən futbolçu aldadıldığını başa düşüb.
Bundan sonra hüquq-mühafizə orqanlarına müraciət edən Burak araşdırma başladılmasını tələb edib.





