Futbol üzrə İtaliya çempionatında 14-cü turun növbəti oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, hesabat turunun əksər qarşılaşmaları ikinci oyun günündə baş tutub.
 
Lider "Yuventus" doğma azarkeşləri önündə "Udineze"yə qalib gəlib. Liderin əsas izləyicisi "Roma" isə səfərdə "Atalanta" ilə xalları yarı bölüb.
"Milan" səfərdə "Kataniya" üzərində inamlı qələbəyə sevinib. "İnter" "Sampdoriya" ilə xalları yarı bölüb. "Kalyari" – "Sassuolo" görüşündə də qalib müəyyənləşməyib. "Kyevo" "Livorno"nu darmadağınla yola salıb.
 
Tura bu gün keçiriləcək 2 oyunla yekun vurulacaq.
 
İtaliya A Seriyası
14-cü tur
30 noyabr
 
Parma – Bolonya – 1:1
Qollar: Kassano, 23 – Kone, 10.
 
Cenoa – Torino – 1:1
Qollar: Biondini, 69 – Əl Kaduri, 7.
 
1 dekabr
 
Kataniya – Milan – 1:3
Qollar: Kastro, 13 – Montolivo, 20, Balotelli, 63, Kaka, 81.
 
Atalanta – Roma – 1:1
Qollar: Brivio, 51 – Strotman, 90
 
Kyevo – Livorno – 3:0
Qollar: Riqoni, 36, Tereau, 56, Paloski, 79.
 
İnter – Sampdoriya – 1:1
Qollar: Quarin, 18 – Fernandes, 89.
Matçın 71-ci dəqiqəsində qonaq komandanın futbolçusu Martins penaltidən yararlana bilməyib
 
Kalyari – Sassuolo – 2:2
Qollar: Nene, 73, Sau, 87 – Marzoratti, 14, Zaza, 20.
 
Yuventus – Udineze – 1:0
Qol: Lorente, 90.
 
2 dekabr
 
22:00. Fiorentina – Verona
00:00. Latsio – Napoli
 
1 Yuventus 14 12 1 1 29 10 +19 37
2 Roma 14 10 4 0 27 4 +23 34
3 Napoli 13 9 1 3 24 12 +12 28
4 İnter 14 7 6 1 31 14 +17 27
5 Fiorentina 13 7 3 3 24 15 +9 24
6 Verona 13 7 1 5 22 20 +2 22
7 Cenoa 14 5 4 5 15 16 –1 19
8 Milan 14 4 5 5 21 21 0 17
9 Latsio 13 4 5 4 17 17 0 17
10 Parma 14 4 5 5 19 21 –2 17
11 Atalanta 14 5 2 7 15 18 –3 17
12 Torino 14 3 7 4 23 23 0 16
13 Udineze 14 5 1 8 12 16 –4 16
14 Kalyari 14 3 6 5 15 22 –7 15
15 Sassuolo 14 3 5 6 17 30 –13 14
16 Kyevo 14 3 3 8 11 18 –7 12
17 Bolonya 14 2 6 6 16 26 –10 12
18 Livorno 14 3 3 8 13 23 –10 12
19 Sampdoriya 14 2 5 7 15 24 –9 11
20 Kataniya 14 2 3 9 10 26 –16 9
Shares: