“Bakı”nın qapıçısı Aqil Məmmədov paytaxt klubundan ayrımağa hazırlaşır. Futbolinfo.az xəbər verir ki, milli komandamızın da şərəfini qoruyan qolkiper “Sumqayıt”a keçəcək.
 
Gənc qolkiper "gənclik şəhəri" təmsilçisində icarə əsasında çıxış edəcək. Onun “zolaqlılar”la yollarını ayırmasının səbəbi isə çərçivə qoruyucusunun daha çox meydan çıxmaq istəməsidi.
 
Qeyd edək ki, Məmmədov bu mövsüm "Bakı"da demək olar ki, heyətə düşmür. Geridə qalan 15 oyundan yalnız birində meydana çıxan futbolçu 9 görüşü ehtiyatdan izləyibsə, 5 matçda adı ümumiyyətlə iştirak ərizəsinə salınmayıb.
Shares: