Futzal üzrə yığma komandaların növbəti reytinq siyahısı açıqlanıb. Futbolinfo.az xəbər verir ki, hesabında 1362 xal olan Azərbaycan yığması siyahıda 14-cü pillədə qərarlaşıb.
 
Joze Alessionun komandası ötən reytinq cədvəli ilə müqayisədə 1 pillə geriləyib.Millimiz bu dəfə Kolumbiyanı özündən irəli buraxıb.
 
Gələn il keçiriləcək Avropa çempionatının final mərhələsindəki rəqiblərimizdən İtaliya planetin 3-cü komandası adını qoruyub – 1755 xal. 1323 xala malik Sloveniya da 17-ci pillədə qalıb.
 
Reytinq cədvəlinə İspaniya (1973) başçılıq edir. Braziliya (1944) ikincidi.
Shares: