Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında ikinci dövərinin sonuna 3 tur qalmış qış çempionu müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, 15-ci turda qazandığı qələbə ilə xal hesabını 37-yə çatdıran “İnter” 2013-cü ili 1-ci pillədə başa vuracağını rəsmiləşdirib.
 
Paytaxt təmsilçisinə çempionatın yarısını zirvədə tamamlamağa heç bir klub mane ola bilməz. Çünki, “İnter” artıq izləyiciləri üçün əlçatmazdı.
 
Düzdü, 2-3-cü yerlərdə qərarlaşan “Simurq”la “Qəbələ” bütün görüşlərdə qalib gəlməklə bakılılara çata bilər. Amma paytaxt təmsilçisi hər 2 izləyici ilə şəxsi oyunlarda qələbələri sıralayıb. Bu üzdən “İnter” 2-ci dövrəni də lider kimi başa vuracaq.
Shares: