Danimarka çempionatında keçirilən "Bröndbü" – "Kopenhagen" matçı böyük iğtişaşlarla yadda qalıb. Oyundan əvvəl və sonra azarkeşlər arasında kütləvi dava düşüb.
Futbolinfo.az xəbər verir ki, nəticədə polis 484 fanatı saxlayıb.
Çox sayda yaralı isə xəstəxanalara yerləşdirilib. Danimarka polisindən verilən açıqlamada saxlanılanların ifadələri alındıqdan sonra sərbəst buraxılacağı bildirilib. Araşdırma zamanı azarkeşlərin davada bıçaq, beysbol çubuğu, bibər qazı, qaz bombası, fişəng, qaz maskaları kimi alətlərdən istifadə etdiyi üzə çıxıb.





