"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov Topaz Premyer Liqasının 15-ci turunda baş tutan "Sumqayıt"la (1:2) oyun haqda fikirlərini bildirib. Futbolinfo.az saytına açıqlamasında klub rəsmisi oyunsonrası qalmaqalların süni şəkildə yaradıldığını bildirib:
 
"Bildirmək istəyirəm ki, "Neftçi"nin çempionluğuna, uğurlarına kölgə salmaq üçün belə yollara əl atılır. Bu cür şeylər süni yolla yaradılır. "Neftçi" elə olub ki, qələbə qazandığı oyunda da hakim səhvlərinə etiraz edib. Hamı elə bilir ki, "Neftçi"nin qapısına penalti təyin olunmayıb və hakimlərin hesabına qələbə qazanırıq. Biz də göstərdik ki, qapımıza əllə vurulan qola baxın. Biz yalnış qərarlara qanuni yollarla etiraz edirik".
Shares: