Türkiyə Superliqasının sonuncu turu çərçivəsində səfərdə "Kasımpaşa" ilə 1:1 bərabərə qalan "Qalatasaray" klubu ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, oyunun gedişində zədələnərək meydanı erkən tərk edən Emanuel Ebue tibbi müayinədən keçib.
Kot d`İvuarlı futbolçunun sağ ayağının arxa əzələsinin zədələndiyi aşkar olunub. Lakin Ebuenin hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil.





