İngiltərə millisinin baş məşqçisi Roy Hodson "Liverpul"un futbolçusu Daniel Staricin zədəli olmasına baxmayaraq, Almaniya ilə yoldaşlıq görüşündə oynatdığını etiraf edib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis bu hərəkəti səbəbindən "Liverpul"dan üzr istəməyəcəyini bildirib:
"Onu sınamaq üçün belə hərəkət etdim. Tam hazır olmasa da, çıxışı məni məmnun etdi. Artıq gələcəkdə ona güvənə biləcəyəm".
Qeyd edək ki, məhz bu oyunda zədəsi daha da ciddiləşdiyi üçün Starric iki ay yaşıl meydanlardan uzaq qalacaq.





