Dortmund “Borussiya”sı heyətdəki zədəli futbolçulardan əziyyət çəkir. Futbolinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yurgen Klopp yerli mətbuata açıqlamasında deyib.
 
Bu günkü matçda Marko Roysun meydana çıxmayacağını qeyd edən təcrübəli mütəxəssis Sven Bender, Robert Levandovski, Nuri Şahin və Yakub Blaşikovskinin isə oynayıb-oynamayacağının bəlli olmadığını bildirib. Əlavə olaraq, Klopp zədəli olan Marçel Şmelçerin əvəzinə müdafiənin sol cinahında çıxış edən Erik Drumun isə çiynindəki problemin aradan qalxdığını və onun “Saarbryukken”lə oyunda meydana çıxa biləcəyini deyib.
 
Qeyd edək ki, “Borussiya”da əvvəldən zədəli olan Mats Hummels, Neven Subotiç və İlkay Gündoğan kimi önəmli futbolçular hələ də sağalmayıb.
Shares: