"Simurq"un kapitanı Ruslan Poladov komandanın düşərgəsini tərk edib. Futbolinfo.az xəbər verir ki, müdafiəçi ötən gün komanda ilə birgə Naxçıvana, "Araz Naxçıvan"la kubok oyununa yollansa da, bu gün səhər geri qayıtmalı olub.
34 yaşlı futbolçunun klubdan belə təcili ayrılmasına səbəb ailəsinə ağır itki baş verməsi olub. Belə ki, ötən gecə Poladovun anası dünyasını dəyişib. Bu səbəbdən də Ruslan səhər saatlarında rəhbərlik tərəfindən Naxçıvandan yola salınıb.
Futbolinfo.az olaraq Ruslan Poladovun ailəsinə baş sağlığı verir, Allahdan səbr diləyirik.
Allah rəhmət eləsin!





