Futbol üzrə İtaliya Kubokunda 4-cü təsnifat mərhələsinin oyunları davam edir. Futbolinfo.az xəbər verir ki, bir mərhələdən ibarət olan bu mərhələdə 16 klub 1/8 finala 8 vəsiqə uğrunda mübarizə aparır.
 
İkinci oyun günündə daha 3 görüş baş tutub. "Kyevo" öz meydanında "Recina"ya qalib gəlib. "Atalanta" "Sassuolo"nu inamlı qələbə ilə keçib. "İnter" isə "Trapan"ini çətinliklə məğlubiyyətə uğradıb.
 
Bu mərhələnin son oyunu bu gün keçiriləcək.
 
İtaliya Kuboku
4-cü təsnifat mərhələsi
3 dekabr
 
Bolonya – Syena – 1:2
Spetsiya – Peskara – 3:0
Avellino – Frozinone – 2:1
Parma – Vareze – 4:1
 
4 dekabr
 
Kyevo – Recina – 4:1
Atalanta – Sassuolo – 2:0
İnter – Trapani – 3:2
 
5 dekabr
 
00:00. Sampdoriya – Verona
Shares: