Topaz Premyer Liqasının 16-cı turunda AZAL doğma azarkeşlər önündə "Rəvan"ı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, "təyyarəçilər" Bayıl təmsilçisi ilə oyuna da tam heyətlə çıxa bilməyəcək.
 
Vaqif Sadıqov bu dəfə Vladimir Boqdanoviç, Branislav Arsenyeviç və Junior Ayltonun xidmətindən yararlana bilməyəcək. Buna səbəb isə adıçəkilən futbolçuların cəzalı olmasıdı.
 
Belə ki, Branislav Arsenyeviç "Xəzər Lənkəran"la səfər matçında qırmızı vərəqə alaraq meydandan qovulduğu üçün, Boqdanoviç və Aylton isə sarı vərəqə cəzalısı olduğundan Şüvəlanda keçirilən matçı tribunadan izləməli olacaq.
Shares: