İngiltərənin "Arsenal" klubunun futbolçusu Aron Remzi "Barselona"nın maraq dairəsinə düşüb.Futbolinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi qış fasiləsində uelsli futbolçunun keçidini reallaşdırmaq istəyir.
 
Remzinin son 4 oyundakı çıxışını izləyən "Barselona"nın müşahidəçiləri onun oyunundan razı qalıblar. Kataloniya təmsilçisi 22 yaşlı futbolçuya görə, 13 milyon avro təklif edib. “Topçular”ın bu təklifi necə qarşılayacağı böyük maraqla gözlənilir.
 
Qeyd edək ki, bu mövsüm "Arsenal"ın heyətində 13 oyuna çıxan Remzi 8 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Shares: