"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov Mustafa Dənizlinin təyinatına münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, bu gün türkiyəli mütəxəssisi ictimaiyyətə təqdim edən Lənkəran klubunun rəsmisi bunları söyləyib:
 
"Xəzər Lənkəran" tarixində ən böyük müqavilələrindən birinə imza atıb. Bu da Mustafa Dənizli ilə "Xəzər Lənkəran"ın uğurları üçün atılmış ən böyük addımlardan biridi. Onun haqda nəsə demək artıqdı. Çünki Dənizli artıq öz sözünü demiş bir mütəxəssisdi. Belə bir məşqçinin bu gün Azərbaycan futbolunda olması böyük bir hadisədi".
Shares: