Bakıda səfərdə olan UEFA nümayəndələri Kennet Skott, Mark Timmer və David Petriaşvili bu gün Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşası davam edən milli komandaların təlim-məşq bazasında görülən işlərlə tanış olublar.
Xatırladaq ki, təməlqoyma mərasimi UEFA-nın prezidenti Mişel Platininin iştirakı ilə bu il sentyabrın 21-də keçirilmiş bazanın tikintisi üçün tələb olunan maliyyə vəsaitinin 80 faizi UEFA tərəfindən ödəniləcək.
Shares: