2014-cü ildə Braziliyada baş tutacaq dünya çempionatının rəsmi topu “brazuka” təqdimatdan sonra mübahisələri də özü ilə birgə gətirib. Futbolinfo.az xəbər verir ki, xüsusilə də İngiltərədə erkən təqdimata qarşı çıxıblar.
Belə ki, Almaniya bundesliqasında növbəti aydan etibarən “brazuka”dan istifadə ediləcək. Bu da öz növbəsində ingilislərin etirazına səbəb olub. Onlar bu yolla almanların turnirdə böyük üstünlük əldə edəcəyini iddia edib.
Bu səbəbdən ingilislər "brazuka"nın Premyer Liqada da istifadəsini tələb ediblər.





