"Qarabağ" "Neftçi"ylə oyunun hazırlığına dərhal başlayıb. Futbolinfo.az xəbər verir ki, Premyer Liqanın 16-cı turunda "ağ-qaralar"ı qəbul edəcək komanda AZAL-la kubok oyunundan sonra hazırlıqlara start verib.
 
"Qarabağ" məşqlərini Tofiq Bəhramov adına Respublika stadionunda keçir. Admir Teli isə barmağındakı zədə səbəbindən hələ də komandaya kömək edə bilmir.
 
Qeyd edək ki, "Qarabağ" – "Neftçi" matçı dekabrın 8-də, saat 18:00-da start götürəcək.
Shares: