"Latsio"nun baş məşqçisi Vladimir Petkoviç istefa verib. Futbolinfo.az xəbər verir ki, buna klubun uğursuz çıxışı səbəb olub.
 
Cari mövsüm "Latsio"  8 turdan sonra 11 xal qazana bilib. Komanda hazırda 11-ci pillədədi.
 
İtaliya mətbuatının yazdığına görə, Petkoviçin yerinə əsas namizəd serbiyalı Sinişa Mixayloviçdi.
 
Qeyd edək ki,  Petkoviç 2012-ci ildən "Latsio"nu çalışdırırdı. O, ötən mövsüm Roma klubuna İtaliya kubokunu qazandırmışdı.
Shares: