"Rəvan” Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində AZAL ilə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, Şahin Diniyevin komandası bazar günü "Bayıl Arena”da baş tutuacaq görüşə hazırlığı başa vurub və matç saatını gözləyir.
Bu gün "Bayıl Arena”da keçirilən axşam məşqi bu baxımdan sonuncu olub. Komanda ənənəvi şəkildə yüngül məşqlə kifayətlənib. Futbolçular daha çox bəzi taktiki-texniki tapşırıqlar üzərində çalışıb.





