İspaniya La Liqasında forma sponsorluğundan ən çox qazanan 10 klubun adı açıqlanıb. Futbolinfo.az xəbər verir ki, “Barselona” bütün rəqiblərini qabaqlayıb. Kataloniya klubu üzərində "Qatar Airways" yazılı formaya görə ildə 30 milyon avro qazanır.
Madrid “Real”ı siyahıda ikinci olub. "Kral klubu"nun geyindiyi "Fly Emirates" forması komandaya ildə 25 milyon avro gəlir gətirir.
İlk "üç"lüyü tamamlayan klub isə bizə yaxşı tanışdı. Azərbaycanlı iş adamı Hafiz Məmmədovun sponsorluq etdiyi, daha əvvəl “Land of Fire Azerbaijan”, hazırda isə “Baku-2015” forması ilə çıxış edən Madrid “Atletiko”sudu. Dieqo Simeonenin komandası buna görə ilinə 12 milyon avro qazanır.
İlk “onluq” belədi:
1. “Barselona” – 30 milyon avro ("Qatar Airways")
2. “Real” (Madrid) – 25 milyon avro ("Fly Emirates")
3. ”Atletiko” (Madrid) – 12 milyon avro ("Land of Fire Azerbaijan")
4. “Valensiya” – 3 milyon avro ("Jinko")
5. “Vilyarreal” – 2.5 milyon avro ("Pamesa")
6. “Atletik” (Bilbao) – 2 milyon avro ("Petronor")
7. “Selta” – 1.5 milyon avro ("Citroën")
8. “Levante” – 1.5 milyon avro ("Valencian Community")
9. “Espanyol” – 1 milyon avro ("Cancun")
10. “Osasuna” – 600 min avro ("Lacturale")





