AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində qarşılaşdıqları "Rəvan"la oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
 
“Bu cür oyunlar istənilən çempionatın bəzəyi ola bilər. “Rəvan” artıq başqa komandadı, oyunun əvvəlkilərdən daha çətin olacağını bilirdik. Komanda sona kimi oynadı. İstədiyimiz qolları son dəqiqələrdə vurduq. Hər iki komandanın kifayət qədər problemləri var. Qış fasiləsində bunun üzərində işləmək lazımdı. Komandada heç kimi fərqləndirmək istəmirəm”.
Shares: